Tillerson: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək

media-hightechnic-468x90

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Yeniçağ.Az-ın “Trend”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər prosesin sülh yolu ilə nizamlanmasının irəliləməsi üzrə fikir mübadiləsi aparıblar.

“Vyanada və Sankt-Peterburqda əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi Tillerson bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək”, – məlumatda deyilir.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa