!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

17 yaşlı gəncin deputatlığa namizədliyi qeydə alındı - FOTO

!Reklam – Yazi

Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə ən gənc namizədin 17 yaşı var.

Yenicag.az modern.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən dairələr üzrə namizəd siyahısında 09.02.2002-ci il doğum tarixli Hacı-zadə Nərgiz Yasir qızının 122 saylı Xankəndi seçki dairəsindən qeydə alındığı qeyd olunub.

Maraqlıdır ki, Azərbaycan Konstitusiyasına əsasən deputatlığa namizədliyini irəli sürən şəxsin 18 tamam olmalıdır.

Daha bir qeydə alınmış gənc namizədin 18 yaşı var. 2001-ci il təvəllüdlü Mirzəzadə Ömər Elşən oğlunun namizədliyi 46 saylı Şirvan seçki dairəsindən qeydə alınıb. O, hazırda tələbədir.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

www.yenicag.az

1335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv