181 meyit aşkar olunub
Malayziyanın “Boeing 777” laynerinin düşdüyü yerdə həlak olanlardan 181-nin meyiti aşkar olunub. Trend-in məlumatına görə, bu barədə “ТСН.ua” saytı Ukrayna XİN-ə istinadən xəbər yayıb.
Ukrayna XİN-in Konsul Xidməti Departamentinin direktoru Andrey Sibiqa bildirib: “Bu günə olan vəziyyətə görə 181 meyit tapılıb”.
İyulun 17-də axşam “Malaysia Airlines” şirkətinin “Boeing 777” təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğradığı məlum olub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Onlardan heç biri sağ qalmayıb.
Cümə günü qəza ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası toplaşacaq. İclasda Ukraynanın BMT yanında daimi nümayəndəsi Yuri Sergeyevin çıxış edəcəyi ehtimal olunur.