2 qız qəzada belə öldü – Video

media-hightechnic-468x90

habereuOlJSdfgTürkiyədə LYS imtahanından sonra əylənməyə gedən 2 gənc qızın öldüyü qəzada son görüntüsü üzə çıxıb.

Bu haqda məlumatı Türkiyənin “milliyet” saytı yayıb.

Qəzadan dərhal əvvəl avtomobilin içində cib telefonu ilə çəkilən görüntülərdə gənclərin şən səsləri eşidilir. Dəhşətli aqibətdən isə onların xəbərsiz olması ürəkləri sızladır.

Görüntülərdə maşının çox sürətli getdiyi aşkar edilib.

Qeyd edək ki, bu hadisə ötən il iyun ayının 23-də Bursanın Mudanya bölgəsində baş verib. İdil Bayerlə Beyza Varolun öldüyü qəzada 5 nəfər də yaralanıb.

Qəzaya görə isə Berk Tolga Şahinin mühakimə olunmasına başlanılıb.

Məhkəmə üzvləri qəzada ölən İdil Bayerin cib telefonunun görüntülərini izləyib. Görüntülərdə sürücü kreslosunda oturan adamın Berfu Çakır olması, müqəssir olaraq cəzalanan Berk Tolga Şahinin isə arxa kresloda oturması diqqət çəkib.

Bir nəfərdən çox insanın ölümünə və yaralanmasına səbəb olan cinayətə görə Berk Tolga Şahinə 15 il həbs cəzası verilməsi gözlənilir.

Berk Tolga Şahin isə “Mənim bu qəzadan sonra yaddaşım itdi. Hadisənin necə olduğunu bilmirəm. Avtomobili mən sürmürdüm” sözlərini deyib.

Məhkəmə isə videonun kim tərəfindən çəkildiyini təyin etmək üçün polisin qəzadan sonra çəkdiyi bütün fotoların gətirilməsinə qərar verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600