“20 min üzvümüz var” – Saakaşvili sürətlə təşkilatlanır
Ukraynanın Odessa vilayətinin qubernatoru postundan istefa vermiş Mixail Saakaşvili tərəfdarlar ordusunu böyüdür.
Yeniçağ.Az xəbər verir ki, Mixail Saakaşvili özünün “Facebook” səhifəsində yaratdığı “Yeni qüvvələr hərəkatı”nın plana uyğun qaydada təşkilatlandığını bildirib: “Bizim artıq 20 min üzvümüz var, amma kəmiyyət əsas deyil. Mən nə Ukraynada, nə də başqa bir ölkədə belə keyfiyyətli partiya fəalları görməmişəm”.
Yeniçağ.Az