20 Noyabr 1991-ci ildə nə baş verdi? – Sorğu
Azərbaycan dövlət rəhbərlərinin həlak olduğu Qarakənd faciəsi gənclərimiz tərəfindən necə bilinir? Yenicag.az bu barədə Facebook üzərindən mini sorğu keçirib. Təəssüfləndirici cavablar olsa da, gənclərin əksəriyyətinin bu barədə məlumatlı olmasının özü sevindirici haldır. Yəqin ki, burada sorğunun internetdə keçirilməsinin də rolu az deyil.
Konul Huseynova -1991 ci il 20 noyabr xalqımızın yaddashında Ağdamın Qarakənd kəndi ərazisində baş verən Vertolyot qəzası ilə qalıb..Hansi ki içərisində xalqımızın dəyərli ziyalıları,böyük siyasi xadimləri var idi.
Mirseid Bayramov-Bilmirəm, amma belə lazimdirsa, googlda axtarıb tapmaq olar.
Rahim– Qarakənd facisənin 21 illiyidir
Alifatih1907 :Azerbaycanıın Milli Dirəniş günüdür
Ehmed Hemidl: 20 yaşım var. Yalan olmasin indiyə qədər 20 dəfə 20 noyabr gormüşəm amma bu sualla birinci dəfədir qarşılaşıram.
Gunay Hesenli: Men hec nə xatırlamadım.
Rufane Qurbanova:20 noyabr tarixini Qarakənddə vurulan təyyarə ilə xatırlayıram. Düzdür bizlər həmin hadisə olanda heç anadan olmamışdıq. Amma həmin hadisəni tarix dərslərində öyrənmişik. Nə həmin fakt nə də orda həyatını itirən şəxslər yaddan çıxmır.
Fatime Kerimli: Azərbaycanlı jurnalist və dövlət adamalarının olduğu vertolyotun vurulmasının il dönümüdür.
Hafiz Ehmedov: Bu gün içərisində Azərbaycan siyasi xadimlərinin olduğu vertolyotun ermənilər tərəfindən vurulmasından 22 il ötür.
Kamile Meherremli : 1991-ci il noyabrın 20-də Qarakənd üzərində vertolyot faciəsi baş verib. Həmin faciədə ölkənin aparıcı insanları həlak olub.
Ruhane Pasazade : Xocavənd rayonunun Qarakənd rayonunda vertolyot vurulmuşdu.
Aysel Hesenli: 20 Noyabr təyyarə qəzası ilə yadda qalıb. Ölkənin bir qrup ziyalıları həmin qəzada həlak olub. Bildiyimə görə, təyyarənin qara qutusu hələ də ortalıqda yoxdur.
Kamran