20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş kitab nəşr edilib

media-hightechnic-468x90

1be4ba7e6a220804bd2652db7b172ec3Jurnalist Məzahir Süleymanzadə və Şakir Yaqubovun “Qara Yanvar dialoqu” adlı kitabı çapdan çıxıb.

Yenicag apa-ya istinadən məlumat verir ki, 1990-cı il 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş kitab Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunub.

Kitabın məsləhətçiləri Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Musa Qasımlı, redaktoru isə Yusif Kərimovdur. Kitaba hadisələrin şahidləri, müəlliflərin xatirələri, indiyədək dərc olunmamış materiallar daxil edilib.

Qeyd edək ki, kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600