“20 yanvar qırğını bizdən başqa kimsə üçün aktual deyil”-Fazil Mustafa
Qəhrəmanlıq tariximizin növbəti həlqəsi 20 yanvar gününə təsadüf edir. Məhz həmin gün Azərbaycan xalqı bir daha özünü mübarizə əzmini nümayiş etdirdi. Əli yalın Sovet tanklarının qarşısına çıxaraq, öz haqq səslərini ucaltdılar. Öz şəhidlikləri ilə ölməzlik zirvəsinə ucaldılar. Ancaq təəssüf ki, dünya ictimaiyyəti buna hüquqi qiymət vermir. SSRİ-nin o vaxtki, rəhbəri Mixayil Qorbaçov hələ də mühakimə olunmayıb.
Millət vəkili Fazil Mustafa hesab edir ki, “20 yanvar qırğını bu gün bizdən başqa dünyada kimsə üçün aktual deyil. Sovet dövlətinin törətdiyi cinayətlər fonunda bu hadisə arxa planda qalır. Həm də SSRİ olmadığına görə iddianı yönləndirəcək hədəf qalmır. Ona görə də məsələnin perspektivini görmürəm və bu tarixi vətən üğrunda şəhid olanlara vəfa borcu kimi qeyd etməkdən başqa əlimizdən bir şey gəlmir”.
Kamran/Yenicag