Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salındı

media-hightechnic-468x90

İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumuna məruz qalmış “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi Azərbaycana yola salınıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bui barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində iyuun 17-də “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi Azərbaycana göndərilib.

Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. İyulun 15-də gəminin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Vətənə yola salınıb.

İyulun 16-da ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya aparılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05