“2012-ci il atəşkəsi bərpa edilməlidir”

media-hightechnic-468x90

lllllllllABŞ-ın Dövlət katibi Con Kerri ilə İsrailin Baş naziri Netanyahu telefon müzakirəsi aparıb.

ABŞ Dövlət katibliyindən verilən açıqlamaya görə, telefon danışığı zamanı Netanyahu tunellər vasitəsilə daha çox HƏMAS üzvünün İsrailə sızmasının qarşısını almaq üçün əməliyyat keçirmək qərarına gəldiklərini Kerriyə bildirib.

Kerri isə cavabında terrorist təhdidlərinə qarşı İsrailin özünü müdafiə etməsinə dəstək olacaqlarını, eləcə də gərginliyi artırmaqdan uzaqlaşmağın və 2012-ci ildə razılaşdırılan atəşkəsi ən qısa müddətdə bərpa etməyin vacibliyini vurğulayıb.

Kerri onu da qeyd edib ki, hər iki tərəfdə vətəndaşların təhlükəsizliyi ilə bağlı işlərin aparılması və tələfatın qarşısının alınması üçün əllərindən gələn hər şeyi edəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600