2024-cü ilin qrant müsabiqələri ilə bağlı infosessiya keçirildi - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi 2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı I infosessiya keçirilib.

Yenicag.az xəbər verir ki, Bakı Biznes Mərkəzində təşkil edilən görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş üzrə məsul nümayəndəsi Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov və 90 QHT nümayəndəsi iştirak edib.

Görüşdə qrant müsabiqələri ilə əlaqədar QHT-ləri maraqlandıran suallar cavablandırılıb, müvafiq izahat işləri aparılıb.

II infosessiya üçün qeydiyyatdan keçmiş daha 91 QHT təmsilçisi ilə növbəti görüş 23 oktyabr saat 15:00-da Bakı Biznes Mərkəzində olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa