Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

180 milyard dollardan çox maliyyə dövr etməkdədir

7862Ekspert Azər Bayramova deyir ki, zaman keçdikcə idman turizminin dünya turizm sənayesində payı getdikcə artmaqdadır.

Hər il təxminən sırf turizmin bu sahəsində 180 milyard dollardan çox maliyyə dövr etməkdədir.

Onun sözlərinə əsasən, ölkəmizdə idmanın müxtəlif sahələrində olan inkişafı təbii ki, idman turizminə də öz müsbət təsirini göstərməkdədir.

“Məhz bunun bariz nəticəsidir ki, növbəti 5 il ərzində vətənimizdə idmanın müxtəlif sahələri üzrə, ən azı yeddi mötəbər yarış və dünya birinciliklərinin keçirilməsi planlaşdırılmaqdadır. Bü günə qədər Azərbaycanda keçirilməsi dəqiq qərar verilən idman yarışlarının siyahısına baxaq:

2015-ci ildə “İlk Avropa Oyunları”,
2016-ci ildə Şahmat Olimpiadası və Formula-1 üzrə Avropa Qran-pri yarışı,
2017-ci ildə İslam Həmrəyliyi oyunları və Qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsi,
2019-cu ildə Bədii Gimnastika üzrə dünya çempionatı,
2020-ci ildə isə “Euro-2020”nin 3 qrup oyunu və ¼ mərhələnin bir oyunu Bakıda keçiriləcəkdir.

Dünya miqyaslı bu yarışların vətənimizdə keçirilməsi turizm sahəsinin canlanmasına qüvvətli təkan verəcəkdir”.

O vurğulayıb ki, ölkəmizə gələcək hər bir turistin gün ərzində qida,qalma və oyunlara bilet alma xərclərini hesablasaq bu minumum 150 manat civarında xərc (bizim üçün qazanc) deməkdir.

“Yuxarıda sadaladığım yarışların hamısının keçirilmə günlərini hesablasaq toplam 45-50 gün (4 il ərzində) civarında idman yarışları zamanı Bakımız qonaqlı-qaralı olacağını görürük. Qonaqlarımızın sayı isə 1 milyon 500 min nəfər təxmin edilir. Bu da o deməkdir ki, Azərbaycan növbəti 5 il ərzində sırf idman turizmindən 7 milyard manat civarında gəlir əldə edə bilər.

Maddi qazancdan ziyadə, bu kimi yarışların keçirilməsi, yeni-yeni idman kompekslərinin tikilməsi gələcək zamanda gənclərin işlə təmin edilməsinə və əhalinin məşğulluq fəaliyyətinin artırılmasına da çox yaxşı töhvə verəcək”.

Loading...

www.yenicag.az

393