!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

23 aprel Uşaq bayramı münasibətilə Bakıda silsilə tədbirlər keçirilib – FOTOLAR  

!Reklam – Yazi

23 aprel Beynəlxalq Uşaq günü 1920-ci il Türkiyə Böyük Millət Məclisinin qurulması şərəfinə Mustafa Kamal Atatürk tərəfindən yalnız türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə edilən milli bir bayramdır.

23 aprel Milli Suverenlik və Uşaq bayramı münasibəti ilə 18-21 aprel tarixlərində Bakı Yunus Emre Insititutu tərəfindən Türk dilinin tədris edildiyi Azərbaycan məktəblərində silsilə bayram şənlikləri həyata keçirildi.

Tədbirdə Bakı Yunus Emre Institutunun təhsil şöbəsinin müdiri Ali Ihsan Çevik, Bakı TÖMER müdiri Idris Göbütoğlu, türk dili müəllimi Aydan Umudova və məktəb direktorları – Arzu Qədirova, Hicran Qarabəyli, Abuzər Əsədov çıxış edərək 23 aprel bayramının tarixi əhəmiyyətindən, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan, iki qardaş ölkənin təhsil-mədəniyyət sahəsindəki uğurlarından bəhs edildi.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlandı. Bayram şənliyi məktəb şagirdləri tərəfindən səslənən 23 aprel uşaq şeir və musiqiləri ilə davam etdi. Şagirdlərin səsləndirdiyi “Sev qardaşım”, “Əl-ələ verək”, “Dünyaya gəldik bir kərə”, “Həyat bayram olsa” musiqi parçaları böyük cosquyla qarşılandı. İbtidai sinif şagirdlərinin nümayiş etdirdiyi “Kiçik əsgər” səhnəciyi uşaqlarda vətənpərvərlik və milli duyğular oyatdı.

“Azərbaycan inciləri” rəqsi, əyləncəli sehirbaz nömrələri uşaqlara sevincli anlar yaşatdı.

Tədbirin sonunda Bakı Yunus Emre Institutu tərəfindən bütün uşaqlara hədiyyələr verildi.

Yeniçağ.Az

COP29

www.yenicag.az

1825
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv