26 yaşlı kişini qatar vurdu – Siyəzəndə

Siyəzən rayonunda bədbəxt hadisə qeydə alınıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Siyəzən rayon sakini Məmmədov Vasif Məmməd oğlunu qatar vurub. O Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. V.Məmmədovun yuxarı ətrafının pəncə hissəsi amputasiya olunub.

Faktla bağlı araşdırmalar aparılır.