264 baş iribuynuzlu cins damazlıq gətirilir
Satın alınacaq damazlıq düyələrin cins tərkibinin araşdırılması, seçilməsi və respublikaya gətirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin bir qrup mütəxəssisi və idxal olunacaq damazlıq heyvanların alınmasını sifariş vermiş sahibkarlar Almaniyada olublar.
Səfər zamanı Almaniyanın Bremen, Aşağı Saksoniya və Saksoniya əyalətlərinin heyvandarlıq təsərrüfatlarına baxış keçirilib. Eyni zamanda, heyvanların seçilməsində bilavasitə sahibkarların özləri də iştirak ediblər.
Hazırda 948 baş “Holşteyn-friz” cinsli damazlıq heyvan seçilərək karantinə qoyulub, onlardan 264 başı respublikamıza idxal olunub, növbəti 264 baş isə gətiriləcək. Həmin heyvanların bu ilin dekabrın 15-dək respublikaya gətiriləcəyi və sahibkarlara təhvil veriləcəyi gözlənilir.
(qafqazinfo.az)