Taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb

media-hightechnic-468x90

Respublikada taxıl biçini yekun mərhələyə keçib.

media-banner_tkm

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bu gün ölkə üzrə payızlıq taxıl sahələrinin 86 faizində biçin başa çatıb.

Mövsüm ərzində 827 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 877 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 365 154 hektar buğda, 462 471 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 371 200 ton buğda, 1 506 703 ton arpa yığılıb. Buğda sahələrinin 79,4 faizində, arpa sahələrinin isə 92,1 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,6 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.

Artıq 17 rayonda – Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Naftalan, Göyçay, Tərtər, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, respublikanın 16 rayonunda – Ağsu, Ağdam, Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Goranboy, İmişli, Qazax, Qəbələ, Zərdab, Saatlı, Samux, Siyəzən, Şəki rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05