"3–4 nəfər çıxıb şəxsi narazılığını xalqın mövqeyi kimi təqdim edir" - Ramal Hüseynov yazır...

media-hightechnic-468x90

Zəif dövlətlər azadlıq bolluğundan yox, idarəetmə boşluğundan dağılır.

media-banner_tuq

Dövlət idarə etmək “like” yığmaq deyil. Status yazmaq deyil. Emosional rahatlıq zonası da deyil. Bu coğrafiyada dövlət idarə etmək sinir sistemidir. Cənubda İran. Şimalda Rusiya. Qərbdə Ermənistan. Arxada isə hər gün mövqeyini dəyişən Avropa.

Belə mühitdə kiminsə arzuladığı ideal azadlıq modeli qurmaq asandır – kağız üzərində. Reallıqda isə o model dövlətləri zəiflədir. Bəzən azadlıqlar məhdudlaşdırılmır. Risklər məhdudlaşdırılır. Bəzən sərtlik avtoritar istək deyil. Siyasi instinktdir. Çünki məsələ təkcə daxili debat deyil. Məsələ sərhəddir. Enerji xəttidir. Nəqliyyat dəhlizidir. Ordu quruculuğudur. Diplomatik manevrdir.

Son illərdə Azərbaycan təsadüfən regional aktora çevrilməyib. Enerji layihələri, tranzit mövqeyi, hərbi nəticə, ərazi bütövlüyünün bərpası, bunlar dağınıq idarəçiliklə olmur. Mərkəzləşmiş qərar olmadan böyük nəticə çıxmır. Bu xətt hamının xoşuna gəlməyə bilər. Amma siyasət “xoşuna gəlmək” sənəti deyil. Nəticə sənətidir.

Bu gün Azərbaycanla hesablaşırlar. Bu status sosial şəbəkə debatları ilə qazanılmayıb. İndi isə 3–4 nəfər çıxıb şəxsi narazılığını xalqın mövqeyi kimi təqdim edir. Öz ailəsini, komandasını, ideyasını idarə edə bilməyənlər dövlət idarəçiliyi haqqında ultimatum verir.

Müxalif olmaq başqa şeydir. Dövlətin mövqeyini zəiflətmək başqa. Tənqid lazımdır. Amma düşmən ritorikası ilə yox. Xarici mərkəzlərin tezisləri ilə yox. Şəxsi ambisiyanı ümummilli narazılıq kimi satmaqla yox.

Xalq emosional deyil. Xalq praqmatikdir. İnsanlar bir şeyə baxır: sabitlik varmı? təhlükəsizlik varmı? inkişaf varmı?

Və bu sualların cavabı boş deyil. Bu o demək deyil ki, sistem ideal qurulub. Yox. Heç bir sistem ideal deyil. Amma geopolitik təzyiq altında prioritet aydındır: əvvəl dövlət ayaqda qalmalıdır.

Tarix göstərir – zəif dövlətlər azadlıq bolluğundan yox, idarəetmə boşluğundan dağılır. Azərbaycan boşluq seçmədi. Nəzarət seçdi. Risk yox, nəticə seçdi.

Bəyənmək olar, bəyənməmək də olar. Amma fakt dəyişmir: sərt siyasət nəticə verdi.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05