Samuxda yük avtomobili çaya aşdı: Ölən var
Samuxda yük avtomobili çaya aşıb, ölən var.
Yenicag.az məlumatına görə, hadisə rayonun Burunqovaq kəndinə yaxın ərazidə qeydə alınıb.
Belə ki, “MAZ” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq çaya düşüb. Nəticədə yük maşınının içərisində olan üç nəfərdən biri çayda boğularaq ölüb, digərləri isə sudan çıxa biliblər.
Hazırda ölən şəxsin axtarışları aparılır. Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./Report/













