3 azərbaycanlı uşaq əcnəbi vətəndaşlara veril

media-hightechnic-468x90

2019-cu ildən bugünədək 818 uşaq övladlığa verilib. Onlardan 412-si oğlan, 406-sı qızdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O bildirib ki, himayədar ailə qayğı modeli tətbiq olunduğu dövrdən – 2023-cü ilin noyabrından bugünədək 75 uşağın himayədar ailələrə yerləşdirilməsi barədə müqavilə imzalanıb. 2025-ci ildə isə 40 uşaq himayədar ailələrə verilib, onlardan 20-si qız, 20-si oğlan olub. Ötən il övladlığa verilən uşaqların sayı 149 olub, onlardan 71-i qız, 78-i isə oğlandır.

“Övladlığa verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. 2019-cu ildən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olub”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05