!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 gün əvvəl kanalda batan şəxsin meyiti tapıldı

!Reklam – Yazi

İyunun 27-də yol-nəqliyyat qəzası nəticəsində Samur-Abşeron kanalına (Quba rayonunun Hacıhüseynli kəndi) düşən 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu gün səhər saatlarında “Şimal” dalğıc-axtarış qrupu R.Əmirovun meyitini batdığı yerdən təqribən 8 km məsafədə Samur-Abşeron kanalının Quba rayonu, Barlı qəsəbəsi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırmışdı. Nəticədə sürücü sudan çıxarılmış, onun sərnişini Rəvan Əmirov isə suda boğulmuşdu.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv