3 nəfər donuz qripindən öldü

media-hightechnic-468x90

1361427622_photoRusiyanın Şimali Osetiya respublikasında 3 nəfər “donuz qripi”ndən ölüb. Yenicag.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, qripdən vəfat edən 13 şəxsdən üçünün А/H1N1 virusunun qurbanı olduğu müəyyən edilib.

“Təəssüf ki, biz 13 nəfəri itirdik, onların hamısından virusoloji analizlər götürülüb və 13 nəfərdən üçündə А/H1N1 ştamının virusu təsdiqlənib”, deyə Şimali Osetiyanın səhiyyə naziri Vladimir Selivanov bildirib.

Bundan əvvəl Şimali Osetiyada bir və Stavropolda da bir “donuz qripi”ndən ölüm faktı qeydə alınmışdı. Bundan başqa, daha 7 А/H1N1 virusuna yoluxma halı Krımda qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600