3 nəfər girov götürülüb
Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb.
Yenicag apa-ya istinadən bildirir ki, hadisə Fransa paytaxtı yaxınlığında yerləşən Kolomb şəhərinin poçt binasında baş verib.
Həmin şəxsin “Kalaşnikov” markalı avtomat, tapança və bir neçə qumbara ilə silahlandığı bildirilir.
Polis insidenti terror aktı kimi qiymətləndirmir. Silahlı şəxslə danışıqların aparılacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu adam əvvəllər xırda xuliqanlığa görə məsuliyyətə cəlb olunub.