3 nəfər qətlə yetirildi

media-hightechnic-468x90

bicaqladi5trfdtrreytRusiya paytaxtında 3 nəfər qətlə yetirilib.

Yenicag apa-ya istinadən bildirir ki, qətl hadisəsi ötən gecə paytaxtın cənubunda baş verib.

Kaşir şosesi, 54 ünvanında yerləşən mənzildə üzərində zorakılıq əlamətləri olan 3 meyit aşkar edilib.

Qətlə yetirilənlərdən ikisi kişi, biri qadındır. Onların bıçaqlanaraq öldürüldüyü bildirilir.

Hüquq-mühafizə orqanları cinayəti törədən şəxslərdən birinin qadın və kişini qısqanclıq zəminində öldürdüyünü, daha sonra isə intihar etdiyini istisna etmirlər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600