!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

300 abituriyentimiz ölüm təhlükəsi ilə üz-üzə - Yanacaq çənlərinin əhatəsində təhsil mərkəzi - FOTO

!Reklam – Yazi

Ağdamda yerləşən “Qarabağ Təhsil Mərkəzi” yanacaqdoldurma məntəqəsinin çənləri üzərində faəliyyət göstərir.

Yenicag.az xəbər verir ki, bir neçə ildir Ağdamda ali məktəblərə hazırlıq kursu kimi fəaliyyət göstərən “Qarabağ Təhsil Mərkəzi” bir neçə aydır ki, Quzanlıda Avtovağzalın yanındakı “Kaspi Oil” adlı yanacaqdoldurma məntəqəsinin yanına köçürülüb.

Təhsil mərkəzi yanacaqdoldurma məntəqəsi ilə bitişik fəaliyyət göstəririr. Hətta, mərkəzin binası yanacaqdoldurma çənlərinin üzərində tikilib.

Əldə etdiyimiz məlumata görə, Mərkəzdə 300 abituriyent hazırlıq keçir.

Rayonun memarı Abdüləli Mehtiyev Yenicag.az-a bildirib ki, həmin yer fərdi yaşayış evidir, obyekt kimi nəzərdə tutulmayb. Onun sözlərinə görə, yanacaqdoldurma məntəqəsindən 22 metr kənarda yaşayış evi tikmək olar.

Ancaq fotolardan da görəcəyiniz kimi, “Qarabağ Təhsil Mərkəzi” yanacaqdoldurma məntəqəsi ilə bitişikdir.

“Qarabağ Təhsil Mərkəzi”nin rəhbəri Əhməd adlı şəxs isə saytımıza açıqlamasında obyektdən rayon icra hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin xəbəri olduğunu bildirib. O, FHN-dən gərəkli sənəd aldığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış zamanı 2 nəfər ağır yaralanmışdı. Sözügedən yanacaqdoldurma məntəqəsində də partlayış və ya yanğın olacağı təqdirdə nələrin baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil.

Səxavət Məmməd

www.yenicag.az

4604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv