!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Buraxılış imtahanlarında şagirdlərin 70-80 faizi aşağı qiymət alır” – Elçin Əfəndi

!Reklam – Yazi

“DİM tərəfindən bu tip imtahanlar keçirilmədiyi üçün şagirdlərin o barədə məlumatları yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında onun təşəbbüsü əsasında 9-cu sinif şagirdləri üçün keçiriləcək sınaq imtahanlarının təşkilinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspertin sözlərinə görə, irəli sürdüyü təşəbbüsün əsas məqsədi şagirdlərin buraxılış imtahanlarda daha yaxşı nəticə əldə etmələrinə yardım göstərməkdir:

“Hər il buraxılış imtahanlarından sonra ümumrespublika səviyyəsində şagirdlərin təxminən 70-80 faizi aşağı qiymət alır və demək olar ki, kurikulum sistemində sualların hamısı açıq şəkildədir. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu tip imtahanlar keçirilmədiyi üçün şagirdlərin imtahan barəsində dolğun məlumatları yoxdur.

İmtahanlar onlayn rejimində keçirilsə də, bu üsuldan heç də səmərəli istifadə olunmur. Ona görə də belə bir təşəbbüs irəli sürdüm ki, buraxılış imtahanına qədər şagirdlər üçün ən azı 3-4 dəfə pulsuz imtahanlar təşkil edilsin. Nəticədə şagirdlər imtahan sualları ilə tanış olub, vaxtlarını düzgün bölməyi bacaracaq və daha yaxşı nəticə göstərəcəklər”.

İlk sınaq imtahanının keçiriləcəyi vaxtı və qaydaları da şərh edən ekspertə görə, sınaq imtahanları hər həftə müxtəlif məktəblərdə keçiriləcək. Ona görə də şagirdlər ətraflı məlumatı öncədən əldə etməlidir:

“DİM -in I mərhələ buraxılış imtahanı əsasında ilk sınaq imtahanı oktyabr ayının 12-də baş tutacaq. Həftənin şənbə gününə qədər iştirakçılar qeydiyyatdan keçməlidirlər ki, şagirdlərin sayına uyğun kitabçalar hazırlansın”.

Qeyd edək ki, imtahanla bağl ətraflı məlumat üçün həftəiçi hər gün saat 09:00-dan 19:00-dək 012 480 08 75 nömrəsi ilə əlaqə saxlamaq olar.

Gülşən Şərif

COP29

www.yenicag.az

4770
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv