!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

310 şaftalı arağı məhv edildi - SƏBƏB

!Reklam – Yazi

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs “TİFLİS BAZAR” MMC tərəfindən Gürcüstanda fəaliyyət göstərən “Kombinat Anaseuli” şirkətinə məxsus müəssisədən idxal üçün müraciət edilən ümumi sayı 310 ədəd olan “Anaseuli 40 faizli, 0.5L” əmtəə nişanlı şaftalı arağı məhsuluna fiziki nəzarət tədbirləri həyata keçirilib.

Məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə metil spirtinin həcm payının ölkədə qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulan normadan artıq olduğu aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız şaftalı arağı məhsulu partiyasının məhv edilməsi barədə müvafiq qərar qəbul edilib.

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv