Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

36 illik sirri açmaq üçün qəribə qərar - 725 min dollar mükafat

36 il əvvəl itkin düşən Roxlyn Bowienin həyatda olub-olmamasına dair hər hansı sübut gətirəcək şəxsə 725 min ABŞ dolları (1 milyon Avstraliya dolları) mükafat veriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels (NSW) əyalətinin hökuməti məlumat verib.

Məlumatda qeyd olunub ki, Walgett qəsəbəsində yaşayan iki uşaq anası Roxlyn Bowie 1982-ci ildə evindən çıxdıqdan sonra itkin düşüb. Daha sonra dövlət prokuroru cəsədin tapılmamasına baxmayaraq qadının ölməsi barəsində hökm oxuyub.

Hökumət rəsmisi Troy Grant cinayəti araşdıran qrupların işini asanlaşdırmaq üçün bu qərara gəldiklərini vurğulayaraq, “Köhnə bir polis olaraq ən kiçik bir məlumatın istintaqda köməkçi olacağını düşünürəm. Bilirik ki, qurbanın ailəsi və cəmiyyət ədalətin yerini tapmasını istəyir” – deyə qərarı şərh edib.

www.yenicag.az

4513
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100