Avstraliyada bir vətəndaş, evinin qarşısında mətbuata açıqlama verən Baş nazir Scott Morrisona ilə çəməni tapdalamaması müdaxilə edib.
Yenicag.az xəbər verir ki, Yeni Cənubi Uels əyalətinin Googong şəhərini ziyarət edən Morrison burada yeni mənzil planı ilə bağlı mətbuata açıqlama verib
Bağdakı çəmənin üzərində addım atdıqları üçün evdən çıxan və mətbuat mənsublarına xəbərdarlıq edən vətəndaş, bir evin qarşısında bəyanat verən Morrisonun nitqini kəsib.
Vətəndaş “Hər kəs otun üstünə çəkilə bilərmi?” Deyəndə baş nazir Morrison: “Əlbətdə”,- deyə cavab verib.
Yeni toxumlar əkdiyi üçün reaksiya verən vətəndaş daha sonra Baş nazir Morrisondan “Üzrlü say, dostum” deyərək üzr istəyib. Morrison üzr istəməsinə ehtiyac olmadığını deyib.
www.yenicag.az