4 iyun qiyamı ilə torpaqların işğalı üçün zəmin hazırlandı
“4 iyun 1993-cü il tarixi Azərbaycan tarixində ən xoşagəlməz hadisələrdən biridir. Amma ona görə yox ki, onun nəticəsində hakimiyyət dəyişikliyi baş verdi”.
Yenicag.az-ın verdiyi xəbərə görə, bu sözləri 4 iyun qiyamı haqqında danışan Fazil Mustafa deyib: “Həmin qiyam nəticəsində torpaqların ermənilər tərəfindən işğalı üçün xeyli zəmin hazırlandı. Bu bilavasitə Rusiyanın düşünülmüş planı ilə həyata keçirilən hadisə idi. Hakimiyyət devrilir, boşluq yaranır və bu boşluq ərəfəsində Dağlıq Qarabağ ətrafı ərazilər işğal edilir. Bu olay 4 iyun qiyamında iştirak edən, onun hərəkətverici qüvvəsi olan şəxslərin xidmət elədiyi Azərbaycan tarixində ən çirkin bir missiya idi. Ona görə də bu tarix ən uğursuz tarix kimi yadda qalacaq”.
ELÇİN