4 yaşlı qız uşağını öldürən şəxs EDAM EDİLDİ

media-hightechnic-468x90

İranın Simnan vilayətində 4 yaşlı qız uşağını qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı şəxs edam olunub. Cəzanın icrası ictimaiyyətin gözü qarşısında həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə ISNA-ya açıqlama verən Simnan vilayətinin baş prokuroru Məhəmməd Sadıq Ekberi bildirib.

Onun sözlərinə görə, ötən il azyaşlı qız uşağını bıçaqlayaraq qətlə yetirən şəxs barəsində məhkəmə ölüm hökmü çıxarıb. Hüquqi prosedurlar tamamlandıqdan sonra hökm bu səhər ictimai yerdə icra olunub.

Prokuror onu da deyib ki, təqsirləndirilən şəxs eyni zamanda həmin ailədən 9 nəfəri də bıçaqla yaralayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600