ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin yanvar-iyun aylarında 483 min 777 ton yaxın kükürd və əlaqəli mallar daşıyıb.
Bu barədə Yenicag.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31 %-dən çoxdur. Tranzit rejimdə daşınmış kükürd yükünün həcmi 30 %-dən çox artaraq 369 min tondan 483 min tona yüksəlib. Bu göstəricinin böyük hissəsini qələvi metallar və metalloidlər, təqribən 8 300 tonu isə yeni aktivləşən xam kükürd təşkil edir.













