4 yaşlı uşaq qaynar qazanda yandı

media-hightechnic-468x90

kkkkkÖtən gün Tovuz rayonunda ehtiyatsızlıqdan dörd yaşlı oğlan yanıb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Abulbəyli kəndində qeydə alınıb.

Hadisə uşağın nəzarətsiz qaldığı vaxt baş verib. Kənan İbrahimov valideynlərinin gözündən yayınaraq odun sobasında qaynayan qazana toxunub. Nəticədə qazanda qaynayan su uşağın üstünə tökülüb.

Ağır yaralanan uşaq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, zərərçəkən ailənin yeganə oğlan övladıdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa