!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“40 yaşda  həm irəli baxırsan, həm də geriyə” – Samir Adıgözəlli – Yubiley müsahibəsi

!Reklam – Yazi

samir adigozelli Bu gün gənclik dövründən ictimai-siyasi arenada tanıdığımız, Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspora Mərkəzinin icra Aparatının rəhbəri Samir Adıgözəllinin 40 yaşı tamam olur. Yenicag.az olaraq, Samir bəyi həm təbrik edib, həm də 40 ilini birlikdə təftiş etdik.

– Samir bəy, 40 yaşınız tamam olur, ötən bu illəri necə dəyərləndirərdiniz?

–  Hər kəs üçün 40 yaş bir hesabat dövrüdür. 40 yaş elə bir zirvədir ki, insan həm keçdiyi yola, həm də gələcəyə doğru baxa bilir.  Bu mənada 40 yaşın məsuliyyəti böyükdür.  Bu yaşa qədər gəlib çatıb keçmişə baxanda ilk növbədə onu deyə bilərəm ki,  vicdanım rahatdır.  Yaşadığım bu dövr ərzində əməllərimdən rahatam.  Əlbəttə ki, həyat enişli-yoxuşlu olduğundan  insan həyatı səhvsiz mümkün deyil. Əsas məsələ odur ki, insan bu yaşda artıq müdrikləşir və bundan belə gələcəyə doğru keçmişə baxıb həyat cizgilərini daha inamla  addımlayır.  Hər kəs birinci öz qarşısında hesabat verməlidir. Bu günə qədər yaşayanlar insanı qane edirsə, kənardan baxanlar  həqiqi mənada onun əməllərini düzgün qiymətləndirəcək.  Yox insan öz-özlüyündə hesabat verə bilmirsə o, özündən razı qala bilməz.  Özümə və millətimə, dostlarıma, ailəmə can sağlığı arzulayıram.  Yaşadığımız bu günlər çox həssas günlərdir. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Hər birimiz Vətən övladı olaraq  şəhidlərimizin ana və atalarının övladlarıyıq.  Hər birimiz həm də Vətənin övladlarıyıq.

–  Dediniz ki, 40 yaş bir müdrikləşmə məqamıdır. Necə düşünürsünüz müdrikləşmisinizmi?

–   İnsan bu yaşda hiss edə bilmirsə ki, müdrikləşib həyatın gedişaatını, atdığı addımlarda nəyin doğru, nəyin səhv olduğunu dərk etməyi bacarmırsa, bundan sonra da bu mümkün deyil.  Hesab edirəm ki, insan həyatında 40 yaşın əhəmiyyəti mükəmməlləşməkdən ibarətdir.  O artıq mükəmməl bir şəxsiyyətə çevrilməlidir. Bu yaşda insan müdrik ola bilmirsə, bundan sonra 80 yaşda irəli deyil, ancaq geriyə baxmaq olar. 40 yaşda isə həm irəli baxırsan, həm də geriyə. Bütün bunların nəticəsi olaraq da həyatda nə qazandığını ortalığa qoyursan.

–  Həyatınızın böyük hissəsini ictimai-siyasi fəaliyyətə, mübarizəyə  həsr etmisiniz. Bu mübarizədən peşman deyilsiniz ki?

–        Qətiyyən həyatımdan narazı qalmamışam. Baxmayaraq ki, çox çətinliklər də olub.  Hər bir gənc kimi biz də milli-azadlıq hərəkatının içində bişmişik.  90-cı illər hadisələrində pioner, komsomol qalstuk və biletlərini yandırmışıq. 25 ildən artıqdır ki, ictimai-siyasi həyatdayam.  Diaspor həyatı, QHT sektoru, bütövlükdə siyasi fəaliyyətimdən narazı deyiləm.  Bu günləri özümü rahat hiss edirəm ona görə ki, bacardığım qədər göstərdiyim fəaliyyətlərdə millət, Vətən amili mənim üçün əsas olub.   Buna görə də özümü rahat hiss edirəm. İnsanın həyatda qazancı fəaliyyətində, əməlində göstərdiyi xidmətlərdir.

– Bu illər ərzində qarşıya qoyduğunuz hansı məqsədlərə çatdınız, hansı məqsədə isə çatmaq mümkün olmadı?

–  İctimai fəaliyyət baxımından əksər məqsədlərə çatmışam. Amma bir o qədər də arzularımız, gözləntilərimiz, həyata keçiriləcək məsələlər var. Çox böyük hədəflərimiz qabaqdadır.  Azərbaycanın müstəqillik dövründə son hərbi əməliyyatlarda ordumuzun keçirdiyi əməliyyatların yaratdığı böyük bir vətənpərvərlik hissi, millətin həmrəylik ruhu  bizi çox sevindirir. Hər yer milli bayraqlara bürünüb. Neçə illərdir Azərbaycan bayrağını təbliğ edirik.  Amma bu günlər insanlar avtomobillərdə, evdə, ticarət mərkəzlərində iş yerində bayraq asmaları böyük qürurverici hadisədir. Amma illərdir ki, bunun təbliğatını aparırdıq. Biri avtomobilindən bayraq asan kimi hansı partiyanın üzvü olduğu sorulurdu.  Əlbəttə ki, görülən işlər nəticısində  millitimiz döyüş ruhunu, tarixinə, keçmişinə, müstəqilliyinə sevgisi olduğunu ortaya qoydu. Beynəlxalq proseslərdə Azərbaycanın öz haqq səsi uğrunda apardığı mübarizədə qazandığı uğurlar  hər kəsin ürəyincədir.  İndi günlərdir millət şəhidlərini əzizləyir, ordumuzun qazandığı uğurlara sevinir. Həm kədərdəyik, həm də sevinirik ki, ordumuz bu rəşadəti ilə torpaqlarımızı tezliklə azad edəcək. Bütün bu uğurlar hər kəsin həm də beynəlxalq aləmlə apardığı işin nəticəsidir.  Deməli, çalışmaq lazımdır.  Bir qədər əvvəl facebook səhifəsində bir şəklə rast gəldim ki, şəhid ailələrinə dərzi xidməti pulsuzdur.  İnsanların bir-birinə dəstəyi və millətin bötüv olması fonunda  hansı kənar güc mərkəzi olmasından asılı olmayaraq o milləti sındırmaq mümkün deyil.  Ona görə də hər kəs öz fəaliyyət yönündə inamla irəliləməlidir.  Təbii ki, arxaya da baxaraq bütün nöqsanlardan, tarixdən nəticə çıxarmalıyıq.

–   Bir qədər də gələcək planlarınız barədə məlumat verərdiniz?

–  Gələcəkdə yenə də ölkənin ictimai-siyasi həyatında dostlarımızla birlikdə, təmsil olunduğumuz qurumlarda, ölkəmiz üçün vacib olan bütün məsələlərdə iştirakımı davam etdirəcəyəm. Konkret hansı istiqamətdə olacağını hələlik demək istəməzdim.  Amma yaxın gələcəkdə yeniliklər də olacaq.  Azərbaycan ictimai həyatına rəng qatacaq müəyyən arzularımız var.  Təbii ki, bu istiqamətdə yalnız irəliyə doğru davam edəcəyik. Dostlarla birlikdə Azərbaycan, millətimiz  ölkə daxilində, xaricdə, media sektorunda əl-ələ verərək daha gözəl işlərə imzalarımızı atmaqda davam edəcəyik.

– Anadan olduğunuz gün həm də kosmonavtika günüdür.  Gənclik dövründə kosmonavt olmaq fikrinizdən keçməyib ki?

– Uşaq vaxtı nədənsə daha çox prokuror, müstəntiq olmaq istəyirdim.  Orta məktəb illərinin son dövründə, milli-azadlıq hərəkatının ilk işartıları qığılcım verən dövrdə isə siyasi mübarizəyə  kökləndim.  O dövrdən ictimai-siyasi həyatda mübarizəyə qoşuldum və bu gün də həmin mübarizədəyəm.  Dəfələrlə müəyyən təkliflər  olsa, hətta xaricə yaşamağa getməyə, bizneslə məşğul olmaq həvəsində olmamışam.  Həvəsim daim ictimai-siyasi fəaliyyət sahəsinə olub.  Vaxt gələcək millətin verdiyi böyük məsuliyyətlərin də altına girəcəyik. Bunun da zamanı gələcək.

Söhbətləşdi : Elçin

Yenicag.az

COP29

www.yenicag.az

2210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv