Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Fətullah Gülən Şəbəkəsi haqqında rəsmi iddianamədən seçmələr

10421254_10205703055768410_2138885518724298177_nYenicag.az araşdırmaçı yazar Aqil Ələsgərin “Terrorun GÜLƏN üzü” kitabından bir hissəni sizə təqdim edir:    

 Türkiyə Cümhuriyyəti Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Nuh Mete Yükselin Fətullah Gülən Şəbəkəsi haqqında hazırladığı  19207 saylı İddianamə Türkiyənin cümhuriyyət tarixinin ən qalmaqallı geniş iddianamələrindən biridir. Gülən haqqında mövzuya toxunaraq, bu iddianamədə yer alan mühüm məqamlara toxunmamaq doğru olmazdı. Bu səbəbdən də iddianamənin bəzi mühüm bölümlərini sizə təqdim edirik

 

Fətullah Gülən Qrupunun məqsədi

 

Fətullah Gülənin məqsədi dövlətin bütün sistemlərində şəriət hökmlərinə dayanan teokratik bir diktatorluq qurmaqdır.

Fətullah Gülən dünyəvi, demokratik bir hüquq dövləti olan Türkiyə Cümhuriyyətinin fəaliyyətinə son verib, yerində “şəriət” qanunlarının əsas alındığı dini dövlət qurmaq üçün məktəblərində beynini yuduğu gənclər ilə cəmiyyətdən istifadə edəcəyi təsbit edilib.

Fətullah Gülənin demokratik şəraitdən istifadə edərək, «ılımlı İslam» görüntüsü ilə ört-basdır etdiyi yolla, cəmiyyətin böyük bir hissəsinin xoş qarşıladığı məktəblərdən vasitə kimi istifadə etməklə, Papa ilə görüşərək, təkcə Türkiyədə deyil, dünyadakı müsəlmanların üzərində liderlik etmək istəməsi ilə, siyasi partiya, tanınmış şəxslər və bəzi dövlət orqanları ilə yaratdığı əlaqələrdən hədəfinə çatmaq üçün istifadə etməsi, dini və siyasi fəaliyyətlərinin güclü şəkildə reallaşması üçün lazım olan qaynağı məlum olmayan maliyyə dəstəyi ilə ölkəmizdə ən güclü və təsirli ekstremist şəbəkə olaraq dəyərləndirilmişdir.

 

Fətullah Gülən Qrupunun məqsədi strategiyası

 

Fətullah Gülən, müdafiə etdiyi ideologiya üçün leqal görünən yolla və sahib olduğu maddi güc ilə:

  1. A. Qurduğu şəbəkənin içindəki vəqf, məktəb hazırlıq kurslarından istifadə edərək, onun siyasətinə uyğun yetişdirilmiş gənclərdən bir taban yaratmaq;
  2. B. Dövlətin bütün orqanlarının, xüsusilə Milli Egitim (Təhsil) Nazirliyinin Əmniyyət (Polis) Təşkilatının içinə sızmaq orada tədricən mütləq çoxluğu əldə etmək;
  3. C. Xaricdə Türkiyədə qurulacaq siyasi dini quruluşa simpatiya ilə baxacaq bir gənclik yetişdirmək istəyir.

Yürüdülən «xoşgörü və barış» siyasəti ilə bəzi dövlət orqanlarına təsir edən Fətullah Gülən, hədəfinə çatana qədər bu imici ilə əhalinin gerçəyi görməsinin önünü «ılımlı görünüş» və demokratiya çətirinə sığınaraq, kəsməkdədir.

Cümhuriyyət quruluşunu heç vaxt qəbul etməyən və təhqir edən bu şəxs bu gün «cümhuriyyət tərəfdarı» kimi görünərək, ustalıqla insanları və bəzi dairələri bu yalana inandıra bilməkdədir.

Fətullah Gülən təşkil etdiyi “şagird seçmə” qrupları kənd və şəhərləri gəzərək, ağıllı və bacarıqlı uşaqları seçərək, onlar üçün yaratdıqları imkanlarla, həmin gəncləri özlərinə bağlamaqdadırlar.

Fətullah Gülənin düşüncələri həmin şagirdlərə evlərdə, məktəblərdə və düşərgələrdə (kamplarda) «beyin yuma» metodları ilə öyrədilməkdədir. Bu toplantılarda Atatürkün inqilabları ilə toplumun İslamdan və inancdan uzaqlaşdırıldığı iddiası ilə Mustafa Kamal «Dəccal» (Qiyamətdən öncə ortaya çıxacaq baş fitnəkar) olaraq, tanıdılmaqdadır.

Fətullah Gülən gizliliyə meyilli fəaliyyəti, tərəfdarlarının ona son dərəcə bağlı olması, təsirli, qərarlı və mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkəsi ilə ən güclü ekstremist şəbəkədir.

 

Fətullah Gülənin təşkilatlanması

 

Fətullah Gülənin şəbəkəsi yuxarıdan aşağıya doğru belə idarə olunur:

Təşkilatın rəhbəri:Fətullah Gülən;

Məsləhətçi şura;

Ölkə imamları;

Şəhər imamları;

İş adamlarını idarə edən imamlar;

Əyalətlər üzrə imamlar;

Evlər üzrə imamlar;

Şəbəkə üzvlərini nəzarətdə saxlayan imamlar

Fətullah Gülən tələbələrin təşkilatlanmasına xüsusi önəm verir. Fətullah Gülən şəbəkəsinin ana qaynağı olan «İşıq evlər»də təcrübəsiz gənclər onları F.Gülənə tam təslim edəcək bir təlimdən keçməkdədirlər.

 

Fətullah Gülənin siyasi hədəfləri

 

Fətullah Gülən ilk mərhələdə açıq mübarizə ilə hədəfə çatmanın çox ciddi zərər verəcəyini dəqiqləşdirdiyi üçün, mövcud sistemi yıxmaq əvəzinə, dövlət modelinə uyğun alternativ bir sistem qurmağı hədəf seçib. Bu səbəbdən də bütün dövlət orqanlarında, seçkili orqanlarda və QHT sektorunda təşkilatlanmağa başlamışdır.

Gələcəkdə dövlət idarəetməsini öz nəzarəti altına almaq üçün qısa müddət ərzində bütün dövlət müəssisələrindəki ştatlara öz adamlarının gətirilməsini və ya bu vəzifələrdə çalışanların ona bağlanmasını hədəfləmişdir. Uzunmüddətli planı isə dövlətə tam nəzarət üçün təhsil sektorunda son dərəcə güclü təşkilatlanmaqdır.

«İlımlı» və modern imici ilə siyasi partiyalar, hətta atatürkçü və dünyəvi təbəqələr içində də tərəfdar toplamaqdadır.

Bununla da Türkiyə Böyük Millət Məclisində tərəfdarlarının mütləq çoxluğu əldə edərək, qurmaq istədiyi dini diktatorluğa ağrısız keçid etmək istəyir. Bunun üçün də başqanlıq, yəni parlament deyil, prezident idarəüsulu sistemini dəstəkləyir(Maraqlıdır ki, planları ifşa olunan Gülən bu gün rəqib gördüyü Ərdoğanın təklif etdiyi başqanlıq sisteminə qarşı ən böyük müxalifdir. Yəni, “mənim deyilsə, olmaz”-müəllif). Fətullah Gülən heç bir qüvvənin bacara bilməyəcəyi həddə gələndən sonra, Atatürk ideya və inqilablarını, bir sözlə, dünyəvi dövlət sistemini ortadan qaldıraraq, şəriət dövləti qurmağı hədəfləyir.

Fətullah Gülən başqa din mənsubları və  xalqlarla əlaqələrini genişdəndirərək, gələcəkdə onlardan gələ biləcək təhlükəni öncədən zərərsizləşdirməyi planlaşdırır, hətta gələcəkdə bir çox ölkənin rəhbərliyini ələ alacaq gənclər də yetişdirir. Bunun Gülənin önə sürdüyü “iman-həyat və iqtidar” düsturu ortaya qoyur. Gülən iddia edir ki, “iman dirilib” və yayılır. Yəni, iman və həyat mərhələləri öz missiyalarını başa vurublar. Qalıb, “Qızıl nəsil”in iqtidarı ələ keçirməsi…

 

Camaat üzvlərini birbirlərinə bağlayan təməl bağlar

 

Təşkilatı ayaqda tutan yuxarılara itaət, fərdin özündən vəzifəcə yüksək şəxsin söylədiyini qeyd-şərtsiz həyata keçirməsidir. Camaatı bir arada saxlayan başqa bir xüsus digər üzvlərə qarşı duyğusal hissdir.

Liderlə rabitə, yəni tam bağlılıq çox önəmlidir və təməl ünsürlərdən birini təşkil edir. Qərb insanı Rönesansdan sonrakı sistemlər və düşüncələr, şərq insanı isə keçmiş zamanlardan bəri şəxslərlə tarixdə qalıblar. Onun üçün də «lider» qavramı camaatın birliyi və davamlı mübarizəsi üçün çox önəmlidir.

 

Camaatın vəzifələri, son hədəfləri gələcəyə baxışı

 

Unudulmamalıdır ki, Fətullah Gülənin son hədəfi və röyası Türkiyənin öndərliyi ilə (Türkiyə dedikdə, Gülən öz camaatı olan fətullahçıları nəzərdə tutur-müəl.) şəriət quruluşunun-xilafətin dünyaya hakim olmasıdır.

Şifrə öz ifadəsi ilə üç kəlimədir: iman-həyat-iqtidar. Onların düşüncəsinə görə, imani diriliş dönəmi keçib. Hazırki mərhələ imanın həyata keçirilməsi və yaşanması mərhələsidir. «Qızıl nəsil» isə iqtidara gəlməni təşkil edəcək.

Camaatın bütün fəaliyyəti Türkiyədə siyasi və iqtisadi güc mərkəzlərində söz sahibi olmağa hədəflənib.

İnsanlara yaxınlaşarkən, «liberal İslam» anlayışı ilə hərəkət etməkdə və siyasi İslamdan çox, insanları qucaqlayan «xoşgörü» fəlsəfəsindən istifadə edilməkdədir.

Universitetlərdə yürüdülən fəaliyyətlər zamanı isə  gənclərə camaatlaşmanın Türkiyədə dünyəvi sistemi pozacaq bir hərəkat olmadığı, əksinə bu fəaliyyətin Türk insanının təhsilə qayğısı olduğu təlqin edilir.

Bu təbliğat üçün xüsusi hazırlanmış kassetlər də mövcuddur. Məsələn, Türk Cümhuriyyətlərində açılan məktəblərdə türk mədəniyyətinin necə təbliğ olunduğuna dair videogörüntülər gənclərə paylanır. Amma, həmin gənclərin Fətullah Gülən tərəfdarı olması üçün aparılan «beyin yuma» əməliyyatlarından söz edilməz.

 

Təşkilatlanma üsul əsasları

 

Camaat Fətullah Gülənin istədiyi insanı yetişdirmək üçün çabalayır. Hədəf kütlə orta məktəbin son sinif şagirdləri və litseydə oxuyan gənclərdir. Çünki həmin dövr gənclərin ən cahil olmaqla birlikdə, ən idealist olduqları dövrdür.

Gəncin ailə vəziyyəti və ya şəxsi düşüncələrinə görə, aylarla ona dinlə bağlı heç bir şey söylənilməyə bilir. İlkin mərhələdə bu gənclərə qarşı böyük qardaş kimi davranılır, onları dərs hazırlığına və gələcəyə aid planlarına kömək edilir. Yalnız gənc müəyyən mərhələyə-dini fikirlərə qarşı aqressiv münasibət bildirməyəcək hala- gəldikdən sonra camaatın təbliği başlayır.

Fətullah Gülənin camaatdan əsas istəyi yüksəlməkdir. Bunun da yolu məktəblər ətrafında təşkilatlanmaqdan keçir

Camaat içində yüksəlməyin də iki qolu var: oxuyan gənclər və orta təbəqə.

Gənclər camaatın insan qaynağı, orta təbəqə isə pul mənbəyidir. Fətullah Gülənə görə, camaatın lokomotivi Anadolu insanı və himmətidir. Heç bir xarici təsir yoxdur.

Müəyyən zamana qədər camaatın ana hədəfi təhsil olduğu üçün, ancaq müəllim yetişdirdilər. Ancaq camaat böyüdükcə, başqa ehtiyaclar yarandı. Bu gün saatçıdan mühəndisə qədər hər sahədə mütəxəssis yetişdirməklə məşğuldurlar. Amma yenə də təhsil və müəllimlik camaatın əsas hədəfləri olaraq qalırlar.

Hərbi məktəblərə və litseylərə soxulacaq uşaqlar son dərəcə gizli şəkildə yetişdirilir. Bu uşaqlar çox xüsusi evlərdə yaşayırlar və camaatın məsul şəxslərindən başqa heç kim həmin evlərdə nələrin baş verdiyini bilməz. Çünki camaatın girə bilmədiyi qurum ordudur. Fətullah Gülənin fikrincə, hərbi, hüquq, təhsil və mülki təşkilatlar ələ keçirilməsi vacib olan quruluşlardır.

Universitetlərə hazırlanan gənclərin camaata bağlı hazırlıq kurslarına gəlməsi üçün çalışırlar. Çünki bu hazırlıq kursları ən aktiv və gəlirgətirən qurumlardır. İstanbuldakı FEM hazırlıq kursları kimi…

Camaatın məktəblərinin yatılı (yəni, həftə boyu uşaq evinə getməyib, oxuduğu məktəbin yataqxanasında qalır) olması onların gələcəkdə fətullahçı olmaları üçün yaradılan şəraitdir.

Camaatın üzvlərinə camaatxarici bir həyatın cəhənnəm olduğu hər an xatırladılır və camaatdan çıxanın sonunun yaxşı olmadığı və cəhənnəm əzabına məruz qalacağı vurğulanır.

 

Camaatın iyerarxik quruluşu «işıq evlər»

 

Bu camaatın iyerarxik quruluşu var və Türkiyədə ordudan sonrakı ən güclü təşkilatlanmış şəbəkədir. Camaat insanları üç qrupa ayırır:

1.Tələbə;

  1. Dost;
  2. Simpatizan.

Tələbə işin içində olandır. Simpatizan isə şəbəkənin içində olmasa da, bu fəaliyyətlərə maneə törətməyən, əksinə bunlara müsbət yanaşanlardır. Camaatdan ayrılan insanların belə üçüncü qrupda olması şəbəkə üçün yetərlidir.

1990-cı illərə qədər camaatın əsas qüvvəsi «işıq evləri» idi. Camaatın ən professional üzvləri bu evlərin «məzunlarıdır». Hər hazırlıq kursu və ya ev bir bölgəyə bağlıdır. Hər evdə həcminə görə, 5-6 şəxs qalır və o evlərin sakinlərinin kimliyi bölgə imamları tərəfindən müəyyənləşdirilir. Ayrıca, hər evin bölgə imamları tərəfindən təyin edilmiş bir imamı vardır.

Ev həyatı:

  1. a) «İşıq evi»nin birinci məqsədi adam qazanmaq və yeni insanların beyninə camaatın təlimlərini yetirməkdir. Bu funksiyanı itirən evlər dağıdılır.
  2. b) İkinci məqsəd evdə qalanların camaatın təlimi üzərində çalışmaları və özlərini yetişdirmələridir.
  3. c) Üçüncü məqsəd camaata xidmət etmək durumu xaric, küçələrdə dolaşmamaqdır. Camaat üzvlərinə missiya xaricində küçədə dolaşmaq məsləhət görülmür. Çünki küçə günahlarla doludur.

 

Hədəf qurum quruluşlar

 

Fətullah Gülənin fikrincə, hərbi, hüquq, təhsil və mülki təşkilatlar ələ keçirilməsi vacib olan quruluşlardır.

Yüksək çinli məmurlar və Daxili İşlər Nazirliyi və Polis Təşkilatında şəbəkələşmək camaatın əsas məqsədlərindən biridir.

İdman dünyasını belə nəzərdən qaçırmayan camaatın xüsusilə «Qalatasaray» futbol komandasındakı fəaliyyətləri nəzərdən qaçmır. Bu kiçik örnək camaatın hədəflərinin nə qədər dərin olduğunun açıq göstəricisidir.

Boğaziçi, ODTÜ, Bilkənt kimi dünyəvi yaşamın kök saldığı universitetlərdə, şəbəkənin fakultə səviyyəsində təşkilatlanması təsirli olmasa da, bu universitetlərdə asissentlər və ya doktorluq işi müdafiə edən camaat üzvləri mövcuddur. Camaat bu gün universitetlərdə aşağı vəzifələrə hakim olmaq uğrunda mübarizə aparır. Çünki bu günün asissenti sabah doktor, professor olacaqdır.

Yüksək Öyrətim Qurulu və Milli Təhsil Nazirliyi 5-6 il əvvəl yeni universitetlərin kadr ehtiyacını qarşılamaq üçün xaricə minlərlə tələbə göndərdi. Bu tələbələrin hər biri üçün ildə 40 min ABŞ dolları xərclənir. Hər fürsətdən istifadə edən camaat bundan da faydalandı. Çünki xaricə göndərilən tələbələrin böyük əksəriyyəti bu dinçi şəbəkəyə məxsusdur. Bu dəqiqə dövlətin pulu ilə gələcəkdə dövlət universitetlərində dərs vermək üçün Amerika, İngiltərə, Fransa başda olmaqla xarici dövlətlərdə təhsil alan yüzlərlə qatı fətullahçı var.

Dünyəvi düşüncəyə sahib insanlar məcburi xidməti qəbul etmirlər. Amma camaat üçün bu göydən düşmüş bir fürsətdir. Çünki universiteti bitirəndən sonra işsiz qalmayacağını öncədən dəqiqləşdirir.

 

Fətullah Gülən Qrupunun

strategiya taktikası öz qələmi ilə

Qeyri-leqal şəbəkəsinin strategiya və taktika ilə bağlı Gülən öz kitablarında bunları yazıb:

 

Fasıldan Fasıla 1″ adlı kitabda yazılanlar;

Məsuliyyətli bir xidmətçi söyləyəcəyi şeyləri hər dəqiqə deməz. O, söyləməməsi vacib olanları vaxtından əvvəl söylərsə, ona yaşama haqqını tanımayanlar meydana çıxa bilərlər. Şərtlər onun əleyhinə dönə bilər. Dolayısı ilə sıxıntılı bir atmosferə düşə bilər(Səhifə:119).

Bu gün dövrün gətirdiyi şərtlə və xidmətin strategiyası üçün bir yanağına vurana o biri yanağını çevir, qarşılıq vermə, küçəyə çıxma deyirsək, bu mənada bu ruhu təmsil etmədən dolayıdır. Gələcəkdə inşallah Məhəmməd-i zəmin tam oturacaq və Məhəmməd-i rəng bütün rənglərə hakim olacaqdır(Səhifə: 222).

Fasıldan Fasıla 2″ adlı kitabda yazılanlar;

Bəli. Allah Rəsulunun ətrafında da hər zaman belələri oldu. Amma o, həyatının heç bir anında, qüvvələrin bərabər olmadığı bir dövrdə ortaya atılmasının ağır məğlubiyyətlə nəticələnəcəyini hamıdan yaxşı dəyərləndirdiyindən strategiyasını hər zaman təmkin və tədbirdər qurdu. Bəli, qüvvələrin arasındakı balans nəzərə alınmadıqda ağır məğlubiyyət qaçınılmaz olur. Belə şərtlərdə qəhrəmanlığın nümayişi sadəcə bir xəyanətdir(Səhifə: 141-141).

Hədisdə mömün əkinə bənzədilir. Bəla və müsibətlər qarşısında o, fırtına önündəki kimi əyilir, yerə yatır və fırtına sakitləşəndə ayağa qalxar. Bizim bu xüsusiyyətimiz şeytan cəbhəsini narahat edir… Keçən dəfə onlardan biri bu durumu hiss etdiyindən, eyni ilə bu misalı çəkərək, müəyyən qüvvələrin diqqətini çəkirdi ki, “onlar fırtına önündə əkin kimi davranırlar, bu durum sizi aldatmasın” deyirdi(Səhifə: 273).

Fasıldan Fasıla 3″ adlı kitabda yazılanlar;

Bir diriliş həmləsi və bunu həyatın hər kəsiminə yaymaq istəyənlər çox ehtiyatla hərəkət etməlidirlər. Beləcə, bir tərəfdən bu önəmli fəaliyyətlər heç bir əngəllə qarşılaşmaz və sürətlə davam etdirilər. Digər tərəfdən də özlərindən sonra gələcək nəsillər üçün gözəl bir şərait və normal atmosfer hazırlanar.(Səhifə:128).

 

Asrın Getirdiyi Tereddütler 4″ adlı kitabda yazılanlar;

Edilən hərəkət kimə qarşı edilirsə, onlara qarşı fəaliyyətlərimiz özlərinin heç sezməyəcəyi və hiss etməyəcəyi şəkildə etdirilmədən edilməlidir. Bunu gedib hədəfi vurub və yaralanmadan da dönə bilmə kimi bir ifadə ilə də söyləmək mümkündür(Səhifə: 207).

Ölçü ya Yoldakı İşıklar 3″ adlı kitabda yazılanlar;

Sizin kimi düşünməyib, fərqli dünyagörüşünə sahib insanları çox faydalı və səmimi insanlar ola biləcəkləri düşüncəsi ilə qəbul edib, sizin qəbul etmədiyiniz düşüncəyə qarşı tələsik qarşı çıxmayın, onları qazanın. Hətta onların düşüncələrindən istifadə edərək, mütləq şəkildə onlarla dialoq qurun. Yoxsa bizim kimi düşünmür deyə, bir bir uzaqlaşdırılan və ya uzaqlaşan qeyri-məmnunlar böyük kütlələr meydana gətirər və qarşınıza çıxıb, sizi yerlə bir edə bilərlər. Narazıların bəşər tarixi boyunca müsbət bir işi olmasa belə, yıxdıqları dövlətlər sayılmayacaq qədər çoxdur(Səhifə: 40).

Prizma 1″ adlı kitabda yazılanlar;

Qüvvələrin bərabər olmadığı zaman hiyləyə-taktikaya üstünlük verilməlidir. Əks təqdirdə qarşı gəlmək mümkün olmayan güclərlə mübarizə aparmaq davaya ən böyük xəyanətdir(Səhifə: 86)

Yoldaki Işıklar 2″ adlı kitabda yazılanlar;

Əsl məsələ isə bütün bu olub-bitənlərdən sonra yenidən toplanmamızı güclü və sarsılmaz prinsiplərlə mükəmməl hazırlamaqdır. Bəli, biz bu gün bir olma və ya olmama durumu ilə qarşı-qarşıyayıq.  Ya bu gün bu böhranlardan sonra, var gücümüzlə qurulmasının planının hazırlanmasında iştirak etdiyimiz dünyanı quracaq və rahat həyata qovuşacağıq, ya da kiçik mənfəətlər uğrunda çəkilən minlərlə səmərəsiz və boş anlayışlarla geridən də geri gedəcəyik(Səhifə: 4).

Anlaşma və birləşmə hər şeydən əvvəl ağıl və məntiq işidir. Ağıla və məntiqə bağlı bir vəhdət uzunömürlü olur. Amma bundan əlavə günümüzdə daha çox duyğulara bağlı bir vəhdət və qardaşlıq var. Bu isə zəif, yetərsiz və qısaömürlüdür. Müəyyən bir qrupa qarşı birləşmələr, düşmənə qarşı birliklər, hücuma məruz qalmağa qarşı edilən hərəkətlər duyğusal birləşmələrin ötəri dalğalanmalarıdır. Bizim ümidlərimizin gerçəkləşməsi üçün bu vəhdət qətiyyən yetərsizdir və müqəddəs prinsiplərimizin gerçəkləşməsi üçün əsla təqdir ediləcək bir davranış deyil(Səhifə: 5-6).

Belə olduğu təqdirdə, daxili və xarici faktorları nəzərə alaraq, müştərəklərimizlə də müzakirələrin aparılmasına, bilgilərimizin yenidən gözdən keçirilməsinə çox ciddi ehtiyac var. …

Maddi-mənəvi, dünyəvi və axirətdəki səadətimizin təməl daşı olan vəhdətimiz üçün heç olmasa Anqlo-Sakson və Qall ittifaqı kimi bir ittifaqa çox, həm də çox ehtiyacımız var.

Düşmənlərimizin başını qatma, düşündürmə, gücünü azaltma kimi fəndləri həyata keçirə bilməsək belə, heç olmasa onların qazdığı quyuya düşməmə və öz əlimizlə özümüzü tükətməmə anlayışına sahib olmalıyıq. Əslində buna məcburuq(Səhifə: 6-7).

Hər şeydən əvvəl təməldə olmayan fərqli düşüncələrin normal qəbul edilməsi və ən azından bir yada qarşı göstərilən süni nəzakətə qədər olmasa da, belə bir şeyi etmək zəruridir. Müqəddəs birlik və düşüncəmizə bir təmənna və salamdır. Qaldı ki, kiçik sayılmayacaq qədər bölücü fəaliyyətlər də var ki, bunların mövcudiyyətini qəbul etmək realizmin ifadəsidir.

  1. a) Uzun zaman dini xidmətlərin başıboş qalması və sonra da bu vəzifələrin fərqli fərd və camaatlar tərəfindən yürüdülməsi və bu fərd və camaatların hamısının qəbul etdiyi liderin olmaması hər qrupun fərqli yol tutub getməsinə səbəb olub. Bir qismi hər kənddə Quran kursu açmaq, bir qismi dinlə bağlı kitabları oxuyaraq, bir qismi də intellektual insan yetişdirərək, millətlərinə xidmət yolunu tutublar. Bu baxımdan din və vətənə xidmət edirlər. Fəqət yolları ayrıdır.
  2. b) Bu qrupun hər birinin özlərinə işıq tutan bələdçi, digərlərinə isə salacaq rəhbər və dini fikirləri yeniləyərək qüvvətləndirən nəzəri ilə baxmaları məsum olsa da, bir gərginliyə səbəb olmaqdadır.
  3. c) Mehdilik müəssisəsində də yenilik gətirən üçün söylənilənlər deyilə bilər. “Qorxunc zamanın sonu” fitnəsi qarşısında mehdilik əqidəsi fərt üçün də, camaat üçün də bir qurtarıcıdır. Bəli, etiqadi hisslərin zədələndiyi, dini vacibatın tərk edildiyi, dini əməllərin tamamilə istifadə olunmadığı bir dönəmdə elə bir şəxsiyyət lazımdır ki, bizə görə, çətin olan bütün bu işlər üçün vacib islahatı bir həmlə ilə həll etsin.

Bundan basqa icimizdəki etirafların xaricdən qarışdırılmasını da hesablamaq məcburiyyətindəyik(Səhifə: 8).

Fasıldan Fasıla 1″ adlı kitabda yazılanlar;

Camaatlaşmaq təbii və normaldır. Anormal olan camaatlaşmadan təfriqə vasitəsi kimi istifadə etməkdir.

Hər hansı bir camaatı meydana gətirən fərdlər arasında necə ciddi bir əlaqə lazımdırsa, camaatlar arasında da eyni əlaqənin qurulması şərtdir, hətta zəruridir. Belə olmadığı təqdirdə camaatlar bölünür, kiçikləşir və nəticədə əriyib gedir. Bu isə İslam naminə böyük bir xətadır. Bu problemdən qurtarmağın tək çarəsi birləşmək, birlik və bərabərliyi qorumaqdır. Bu mövzuda utopik sözlər deməyə gərək yoxdur. Ancaq bu xüsusda bəzi prinsiplərin xatırlanmasında fayda var. Əvvəla, heç bir camaat digərinin əleyhinə çıxmamalıdır. İkincisi, camaatın üzvləri digər camaatların liderlərinə qarşı da sayğılı davranmalı, onlara qarşı ədəbsiz hərəkətlərə yol verməməlidir. Üçüncüsü, bu camaatlar bir-birlərinin dərdlərinə və sevinclərinə şərik olmalıdırlar(Səhifə: 170-172).

İslam camaatlarından birinə daxil olan hər bir şəxs mənəvi bir şirkətin üzvü deməkdir(Səhifə: 174).

İkinci Dünya Müharibəsində Hitlerin Rusiyada arxadan gələnlərin keçməsi üçün bəzi tanklarını bataqlıqlara yığdığı kimi bir nəsil də özündən sonra gələnlərin qurtulması üçün özünü fəda etməlidir. Türkiyədə bu dəqiqə həmin vəziyyət yaşanır(Səhifə:110).

Heç şübhəniz olmasın. Zaman müsəlmanları birləşdirməkdədir. Bu gün bununla bağlı ümidimiz olmasa da, inanın ki, ananın qarnındakı uşağın doğulmasına – fövqəladə hallar xaric- hamı necə əmindirsə, bizim vəziyyətimiz də artıq doğum vaxtı yetişmiş körpə kimi qəbul edilməlidir.

Bəli, bu millət bu gün olmasa da, sabah mütləq dünyanın idarəsini məsuliyyətsiz insanların əlindən almaq məcburiyyətindədir(Səhifə: 112).

Fasıldan Fasıla 1″ (İzmir, 1996) adlı kitabda yazılanlar;

İslama xidmətdə hərbi nizam-intizam çox önəmlidir. Biz əsgər paltarı geyməsək də, hamımız ruhən əsgərik və belə də olmalıyıq. Hətta belə olmağa məcburuq. İslama xidmətdə bunu dərk etməyən və buna qarşı çıxan hər kəs mütləq cəsazını alacaq(Səhifə: 125).

Fasıldan Fasıla 2″ adlı kitabda yazılanlar;

Plan və proqramlar öncə təsəvvürlərlə başlayar. Sonra ağıllı şəkildə bu təsəvvürlər dəyərləndirilir və təsəvvürlər düşüncə olur. Bu düşüncələrin həyata keçirilməsi üçün uyğun şəraitin hazırlanması şərtdir. Demək ki, məsələlərin bir düşüncə və fikir olaraq hazırlanması, bir də bu düşüncə və fikirlərin həyata keçirilməsi məsələsi var. Biz bunların hamısına ümumilikdə plan və proqram deyirik(Səhifə: 118-119).

Fasıldan Fasıla 2″ adlı kitabda yazılanlar;

Biri dini ibadətlərə ciddi əməl etsə də, cəbhədə heç bir iradəsi yoxdur. Bir şəxsin dini həyatındakı müvəffəqiyyətlərinə baxıb, cəbhədə vəzifələndirsəniz, böyük bir fiasko ilə qarşılaşarsınız. Xidmətin zərər görməməsi üçün insanları yaxşı tanımalı və sonra qərar verilməlidir(Səhifə: 140).

Xidmətin içində olub, öndə gedənlər hər an öz vəziyyətlərini gözdən keçirməlidirlər. Bununla yanaşı onlar xidmət üçün çalışanları qabiliyyətlərinə uyğun şəkildə vəzifələndirməlidirlər. Vəzifə bizim həyatımızdır… Yəni, bu işi planlayanlar hər bir fərd üçün mütləq şəkildə vəzifə düşünməlidirlər(Səhifə : 149).

Günümüzdə, qədərin də bir cilvəsi olaraq, xeyli xidmət fədaisi var. Bunlar qabiliyyət və ləyaqətlərindən də üstün məsuliyyətin altına giriblər. Bu arada bunlar “şöhrət riyanın gözü, qəlbi öldürən zəhərdir” anlayışı ilə hərəkət edir, təkəbbürlülük etmək qorxusu ilə bir kənara çəkilməyi düşünürlər. Məncə, bu barədə çox ciddi düşünmək lazımdır. Yəni, xidmətdəki mövqeyi etibarı ilə “olmazsa olmaz” yerdə dayanan dostumuz, müxtəlif bəhanələrlə bir kənara çəkilsə, bu davranışı ilə savab deyil, böyük ehtimalla günah qazanar. Çünki daha həll ediləcək dünya qədər iş var. Aşağıdan gələcək heyət bu işləri daha yaxşı şəkildə görəcək səviyyədə deyil.

… bu etibarla biz bütün düşüncə və davranışlarımızla xidmət gəmisinin üzməsinə hədəfləməli, axirəti qazanmaq üçün göndərildiyimiz bu dünya kazarmasında çox ciddi əsgərlik etməli, hər hərəkətimizdə “Allahın rizası”nı güdməli və cənnətə girmə belə (hər kəs bunun üçün çalışır) bu hədəflərə çatmağı gecikdirirsə, cənnətə girməkdən belə, müvəqqəti olaraq vaz keçməliyik(Səhifə: 345)

 

Fətullah Gülən haqqında dəyərləndirmə

hüquqi durum

Dövlətlə açıq düşmənçiliyə girməyən və toplumun bütün təbəqələri ilə dialoq qurmaqda problem görməyən Fətullah Gülən Qrupunun başda təhsil və polis təşkilatı olmaq üzrə bütün dövlət orqanlarına soxulma əməliyyatları həyata keçirir və  bu məsələ ilə bağlı müvəffəq olduğu da bilinməkdədir.

Sahib olduğu məktəb, yataqxana və hazırlıq kurslarında yaxşı yetişdirdiyi kadrları ilə Atatürk idealları və dünyəvi Respublikanı ortadan qaldıraraq, şəriət əsaslarına söykənən bir dövlət qurmağı hədəf seçən Fətullah Gülən gücünü iki qaynaqdan almaqdadır.

  1. Yaratdığı böyük kapital imperiyası;
  2. Son illərdə dozası günügündən artan siyasi dəstək.

Qısa bir zamanda yerləşən kapital imperiyası şəbəkəyə bağlı bütün məktəb, yataqxana, hazırlıq kursları və başqa qurumlara sponsorluq edərkən, siyasi dəstək sayəsində dövlət orqanlarındakı təşkilatlanma məsələsi həll edilir və şəbəkənin önünə çıxan əngəllər zərərsizləşdirilir.

Təriqət məktəblərini tərifləmək son zamanlarda moda halına gəlib. Halbuki, bu məktəblərdə yetişən kadrlarla siyasi İslamın iqtidara gəlməsi hədəflənməkdədir. Yəni, təriqət məktəblərinin məzunları əsla atatürkçü ola bilməzlər. Fətullah Gülən dünyəvi cümhuriyyətə qarşı deyilsə, məqsədi sadəcə türk toplumunu təhsilləndirməkdirsə, nə üçün “qüvvələr bərabər deyilsə, gücə əl atmayın” təlimatını verir?

Nə üçün müridlərinə “O qüvvəni təmsil edəcəyimiz şeyləri əlinizə alacağınız, Türkiyədəki dövlət quruluşunun ölçüsünə görə, bütün dövlət müəssisələrindəki güc və qüvvəni öz cəbhənizə çəkəcəyiniz ana qədər hər addım tez sayılır ” deyir?

Nədən mülkiyyə, ədliyyə və hərbi başda olmaqla dövlət orqanlarında təşkilatlanmaq istəyərkən, xüsusilə bu baxımdan biz istər bu dairədə, istər digər dairədə dostlarımızın qorunması çox önəmlidir. Bu qoruma mövzusunda dediyim kimi, bəlkə işə biganəlikdən istifadə edilə bilər. Yəni, mövcudiyyətinizi hiss etdirmədən, çox irəliyə getmək, bax, bu iki müəssisədə  olduğu kimi önəmli digər müəssisələr vacibdir. Çox irəliyə getmək lazımdır, beləcə can damarları içində dolaşmaq əgər geri dönüləcəksə, yaralanmadan hiss etdirmədən dönülməlidir. Türkiyədə önümüzü kəsdilər. Yeriyə bilmirik, orada durğun sular kimi gölləşmə imici yaradacaqsınız. Onun üçün zorla da olsa yerinizdə yeriəyəcəksiniz ki, pas tutmayasınıztəlimatları verməkdədir?

Nədən ərəb dilində təhsilin qaldırılmasını dövlətin səhvi kimi qəbul edir?

Nə üçün kitablarında dinçi silahlı terrorçu qruplar kimi təbliğ və cihad mövzular üzərində dayanır?

Nədən qurduğu “İşıq evləri”nin mədrəsə və təkkələrin funksiyalarını ifa etdiyini dəfələrlə söyləyir ki, bununla 30 noyabr 1925-ci il tarixində bağlanan bu qurumların xiffətini çəkərək, Atatürk islahatlarına qarşı çıxır?

Nə üçün Cümhuriyyət dönəmini pisləyir və bu dövrü öz tarixi olaraq qəbul etmir?

Nədən Mahmud Əfəndinin vəzifəsi sarığın, şalvarın cübbənin təbliğatını aparmaqdır. Sən hüquqmühafizə təşkilatlarına soxulacaq, vali, məmur olacaq insanları yetişdir deməkdədir?

Bütün bu fəaliyyətlərin hədəfi İslam dövlətini qurmaqdır. Əsasında da bu hədəf 1996-cı ildə çap olunan “Çağ və Nəsil 5” adlı kitabın ön sözündə M.Qərib adlı şəxs tərəfindən ifadə edilmişdir.

Fətullah Gülənin qurduğu şəbəkə yuxarıda izah olunduğu kimi dövlətin dünyəvi quruluşunu yıxmaq məqsədi ilə qurulub, məsləhətçi şura, bölgə imamları, şəhər imamları, səmt imamları və ev imamları kimi qeyri-leqal təşkilatlanma ilə bütün ölkəni hörmüçək toru kimi sarıyıb. Yenə bu qeyri-leqal şəbəkəyə bağlı ölkə içində və xaricində leqal görüntüsü verilmiş şirkət, məktəb və vəqflərə sahibdir. Bu leqal və qeyri-leqal şəbəkələşməsi ilə böyük və güclü olduğu təxmin edilən qeyri-leqal təşkilat xalq üçün mənəvi təzyiq yaratmaqdadır.

Bu iddianamə ilə qeyri-leqal şəbəkənin başçısı haqqında istintaq başlanıb, təhqiqat aparılmaqdadır. (2008)

 

 

(Aqil Ələsgər, “Terrorun GÜLƏN üzü” kitabı, səh.51-69)

 

 

 

www.yenicag.az

374