!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

45 min fermerə 20 milyon subsidiya verildi

!Reklam – Yazi

2021-ci il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mətbuat xidmətinin rəhbəri Ruslan Zeynal bildirib.

O qeyd edib ki, həmin ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib.

“Subsidiyalar torpaq analizlərini vaxtında təqdim edən, əkin sahələri monitorinqə düşməyən və əkin sahələrinin monitorinqi başa çatan fermerlərə verilib. Monitorinqlər başa çatdıqca digər fermerlər də bu ayın sonunadək subsidiyalarını əldə edə biləcəklər. Hazırda AKİA tərəfindən digər subsidiyaların ödənişləri də həyata keçirilir. Ümumilikdə cari ildə, 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 mindən artıq fermerə 152 milyon manatdan çox subsidiya ödənilib”.

Qeyd edək ki, aqrar subsidiyalar “Fermer kart”larına köçürülür. Əkin subsidiyasının 25%-i nağdlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan vəsaitdir.

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv