5 gündə 50 mindən çox ağac əkildi

media-hightechnic-468x90

Əkin mövsümü ilə əlaqədar bütün regionların meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Yenicag.az-a bildirib ki, son beş gündə ölkənin meşə fondu ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 50 mindən artıq ağac tingi əkilib, 8 tondan çox toxum səpilib.

“Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Sabirabad, Masallı, Lənkəran, Şəki və Qəbələ rayonlarının meşə fondu torpaqlarında keçirilib və 8 mindən artıq müxtəlif növ ağac əkilib, 770 kiloqram toxum səpilib”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600