Qarabağda 60 min nəfər işləyir: Deputatın "Niyə işləmirlər?" sualına sosioloqdan CAVAB

media-hightechnic-468x90

“Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın bütün bölgələrindən olan vətəndaşlar çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

Sosioloq Milli Məclisin deputatı Hicran Hüseynovanın “Sosial şəbəkələrdə deyirlər ki, Qarabağda iş yerləri açılır, amma Gəncədə, Sumqayıtda yaşayanlar gedib orada işləməyəcək. Niyə işləməsinlər?!” açıqlamasını şərh edib:

“44 günlük şanlı Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda ‘Böyük Qayıdış’ çərçivəsində genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanıldı. Bu prosesdə Azərbaycanın bütün bölgələrindən olan işçi qüvvəsi iştirak edir. Ölkə başçısı da bu prosesi yüksək qiymətləndirərək bildirdi ki, regionda geniş iş imkanları var və respublikanın hər yerindən insanlar bura töhfə verməyə çalışır.

Praktik olaraq görürük ki, orada çalışan 60 minə yaxın insan həm fəaliyyət göstərir, həm də yaşayır. Bölgədə Azərbaycanın hər rayonundan nümayəndələr var. İş yükü böyükdür və qarşıda hələ görüləcək çox iş var. Düşünürəm ki, işsiz vətəndaşlarımız müraciət edərək heç bir çətinlik çəkmədən regionda öz ixtisaslarına uyğun iş tapa bilərlər. Orada həm kiçik və orta sahibkarlıq, həm də digər sahələr üçün hər cür şərait yaradılıb”.

Sosioloq qeyd edib ki, bölgədə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislər fəaliyyət göstərir:

“Mən özüm də müxtəlif tədbirlər çərçivəsində iki dəfə həmin ərazilərdə olmuşam. Şahidi oldum ki, təhsil, səhiyyə və quruculuq sahələrində Azərbaycanın hər yerindən gələn insanlar çiyin-çiyinə çalışırlar. Onlar üçün hər cür müasir iş mühiti formalaşdırılıb”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa