5 nəfərin 186 min manatını ələ keçirən bələdiyyə işçisi hakim qarşısına çıxarıldı

media-hightechnic-468x90

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxsin məhkəmə prosesinin hazırlıq iclası keçirilib. 

Yenicag.az-ın məlumatına görə, təqsirləndirilən şəxs Məmməd Əmiraslan oğlu  Ağakişiyevin şəxsi anket məlumatları dəqiqləşdirilib. Qeyd edək ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Sonra 5 nəfər zərərçəkənin və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs ittiham aktını almadığı üçün məhkəmə prosesi 16 sentyabr tarixinə kimi təxirə salınıb.

İttiham aktına görə,  Məmməd Ağakişiyev 5 nəfərə dələduzluq yolu ilə Nardaran kəndi ərazisində  torpaq satıb və onların 186 min manat pulunu alıb. Zərərçəkənlərin 2-si Qarabağ qazisidir. Məmməd Ağakişiyev cinayət işi başlayana kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600