!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

50 manat üstündə xalası oğlunu bıçaqladı

!Reklam – Yazi

Abşeron polisi bir müddətdir axtarışda olan şəxsi yaxalayıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 50 manat pul üstündə xalası oğluna qarşı cinayət törədən İlham Qədirov tutularaq Abşeron Polis İdarəsinə gətirilib.

Əvvəllər məhkumluq həyatı yaşayan İlham Qədirov cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib. O, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün əvvəl borc kimi verdiyi 50 manat pulu tələb edib. Onlar məsələni yeyib-içdikdən sonra həll etmək qərarına gəliblər. İ. Qədirov içki məclisi zamanı Xəyyam Babayevi bıçaqlayaraq hadisə yerindən qaçıb.

Hazırda saxlanılan şəxs barəsində zəruri istintaq tədbirləri davam etdirilir.

COP29

www.yenicag.az

2778
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv