Gürcüstanda qumar oyunlarına nəzarət gücləndirilib.
Yeenicag.az xəbər verir ki, martın 1-dən bugünədək qumar oyunlarında iştirak edən 500 nəfərdən çox insan aşkarlanıb.
Qeyd edək ki, hər il onlayn kazinolar vasitəsilə Gürcüstandan 1,5 milyard lari çıxarılır.
Xatırladaq ki, bu ölkədə yaşı 25-dən az şəxslər, sosial təminatı az olan insanlar, siyasətçilər və dövlət qulluqçularının qumar oyunlarında iştirakının qadağan olunması ilə bağlı martın 1-dən qanun qüvvəyə minib.
www.yenicag.az