ABŞ Livanla İsraildən təhlükəsizlik üzrə fəaliyyət planını təsdiqləməyi gözləyir

media-hightechnic-468x90

ABŞ administrasiyası gözləyir ki, Livan və İsrail Amerika paytaxtında keçirilən məsləhətləşmələrin beşinci raundunun yekunlarına əsasən, təhlükəsizliyin gücləndirilməsi üzrə fəaliyyət planını təsdiqləyəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bəyan edib.

“Mən sizinlə danışdığım vaxtda, artıq ardıcıl ikinci gündür və uzun illərdən bəri ilk dəfə olaraq Livanın qanuni hökumətinin və İsrail hakimiyyətinin liderləri Dövlət Departamentində görüş keçirirlər. Ümid edirəm ki, onlar bu gün birgə bəyanat və bu ölkədə təhlükəsizliyin gücləndirilməsi üzrə fəaliyyət planı qəbul edəcəklər”, – deyə o bildirib.

Ötən gün Dövlət Departamenti məlumat verib ki, İsrail və Livan arasında dinc nizamlanma üzrə danışıqların beşinci raundu çərşənbə günü Vaşinqtonda keçiriləcək.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05