500 illik saç teli İnka imperiyası haqqında tarixi təsəvvürləri alt-üst etdi
“Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, XV əsrə aid quipu (düyünlü iplərdən ibarət qədim qeyd aləti – red.) üzərində tapılan insan saçı, İnka imperiyasında qeydiyyatın təkcə elit təbəqə deyil, sıravi insanlar tərəfindən də aparıldığını göstərir.
Yenicag.az xəbər verir ki, quipu indiyə qədər, əsasən, kişi bürokratlara aid sayılırdı.
Lakin analizlər göstərib ki, həmin quipu kök bitkilər və göyərtilərlə qidalanan aşağı təbəqədən birinə məxsus olub. Saçın kimyəvi tərkibi bu şəxsin indiki Peru cənubu və ya Çili şimalında yaşadığını ortaya çıxarıb.
Tədqiqatçılar bildirirlər ki, bu tapıntı, həm kişilər, həm də qadınlar arasında quipu savadlılığının düşündüyümüzdən daha geniş yayıldığını sübut edir.