Səidə Haqverdiyeva: “Türkiyə ilə müştərək filmimiz ərsəyə gələcək” - VİDEO
“Sentyabr və oktyabr aylarında Qarabağ Zəfərinə həsr olunan “Köhnə çamadanlar” filmim Türkiyənin müxtəlif bölgələrində nümayiş olunacaq…”
Bu sözləri Yenicag.az-a açıqlamasında rejissor Səidə Haqverdiyeva bildirib.
O, sözügedən filmin Azərbaycanda və Türkiyədə təşkil edilən qala nümayişlərindən danışıb.
Azərbaycan-Türkiyə ortaq mədəni layihələri və gələcək əməkdaşlıq perspektivlərindən söz açan rejissor qarşıda yeni bir layihənin reallaşacağını vurğulayıb:
“Sentyabrda Qarabağ Zəfərinə həsr olunmuş daha bir filmin çəkilişlərinə başlanılacaq. Bu ekran işi Türkiyə ilə müştərək ərsəyə gələcək”.
Videonu təqdim edirik:
Cəvahir













