Səlahiyyətli nümayəndə təmas xəttindəki vəziyyətlə maraqlandı

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 9-da Əlahiddə Ümumqoşun Ordu Qərargahına gələrək, Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində yaranmış gərginliklə bağlı qarşı tərəfin təxribat xarakterli fəaliyyətləri nəticəsində atəşkəs rejiminin pozulması halları və görülmüş tədbirlərlə maraqlanıb.

Yenicag.az-a bildirilib ki, həmin gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ordu qərargahında Əlahiddə Ümumqoşun Orduda ziyarətdə olan Türkiyənin ASELSAN şirkətinin genel müdiri Ahmet Akyolu ilə görüşüb.

Görüş zamanı birgə fəaliyyət və mövcud layihələr haqqında məlumat verilib, gələcəkdə əməkdaşlığın inkişafı və daha da genişəndirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600