6 bıçaq zərbəsi alan yaralı xəstəxanaya özü getdi - Video

media-hightechnic-468x90

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

media-banner_tkm

ARB TV xəbər verir ki, rayon sakini, 26 yaşlı Rəşad Hacıyev tanışı Orxan Süleymanovla mübahisə edib. Daha sonra isə üzərində gəzdirdiyi bıçaqla Süleymanovu öldürmək məqsədilə ona 6 zərbə vurub.

Orxan Süleymanov yaralı vəziyyətdə hadisə yerindən qaçaraq özünü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlər zərərçəkəni dərhal əməliyyat edərək həyati təhlükəsini aradan qaldırıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Rəşad Hacıyev saxlanılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05