6 dekan işdən çıxarıldı

media-hightechnic-468x90

14b39430bc7102e68785223e47399e7cAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (Keçmiş Azərbaycan Dövlət Neft Akademiyası – red.) 6 dekanı vəzifədən azad edilib.

Vəzifədən azad edilənlər Geoloji kəşfiyyat, Qaz-neft-mədən, Kimya texnologiya, Neft mexanika, Energetika, İstehsalat proseslərinin avtomatlaşdırılması və İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültələrinin dekanlarıdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən faktı təsdiq ediblər. Universitetdən dekanların vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb. Bildirilib ki, müvafiq əmrlə müvəqqəti icraçı dekanlar təyin olunublar.

Artıq Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qeyd olunan vakant dekan vəzifələrini tutmaq üçün müsabiqə də elan edib(APA).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600