63 yaşlı qadını maşın vurub-Foto
Qaxda 63 yaşlı qadını maşın vurub.
Qax rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Qax şəhəri Üzeyir Hacıbəyov və Nətavan küçələrinin kəsişdiyi ərazidə baş verib.
1975-ci il təvəllüdlü, Qax şəhər sakini Azər İbrahim oğlu Süleymanov idarə etdiyi “Mercedes” markalı 99 YP 434 dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən yolun kənarında avtobus gözləyən piyada, 1951-ci il təvəllüdlü, Qax rayonu Ağçay kənd sakini Xədicəbəyim Məhəmməd qızı Seyidəliyevanı vurub. Qəza nəticəsində xəsarət alan yaralı X. Seyidəliyeva Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.