!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvan və Qazaxın kəndlərinin Azərbaycana qaytarılması: "Ermənistan tərəfinin belə bir addım atmağa qərar verməsi..."

!Reklam – Yazi

“Sədərək rayonunun Kərki kəndi və Qazaxın Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin sülh müqaviləsindən öncə Azərbaycana təhvil verilməsi mümkündür”.

Bu sözləri Ermənistanda “Henaket” analitik mərkəzinin rəhbəri Vitali Manqasaryanın işğal altında olan Azərbaycan kəndlərinin yaxın zamanda geri qaytarılacağı ilə bağlı fikirlərini şərh edən politoloq Fuad Abbasov  Yenicag.az-a açıqlamasında deyib.

F. Abbasov xatırladıb ki, bu yaxınlarda yayılan məlumatlara görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının tələbləri sözügedən məsələnin gələcək mərhələdə həll edilməsinə daxil idi və bu barədə tərəflər yekun qərar da qəbul etmişdilər:

“Hətta sazişdə Azərbaycanın bunu tələb etməməsi istənilmişdi. Azərbaycan isə yaxşı və yaxud pis – bir şəkildə bu təklifi qəbul etmişdi. Lakin bu o demək deyil ki, Azərbaycan Ermənistandan işğal altındakı ərazilərini geri istəməyəcək.

Fikrimcə, əgər Azərbaycan Zəngəzur yolunun açılması təklifini daha sonraya saxlamağı qəbul edibsə, bunun qarşılığında Ermənistandan Qazaxın və Naxçıvanın işğal altındakı kəndlərini geri almaq tələbini ortaya qoyub. Bu barədə informasiyalar Azərbaycan mətbuatında yer almasa da, Ermənistan mediası həmin mövzu ilə bağlı informasiyalar dərc etmişdi. Ona görə də “Henaket” analitik mərkəzi bu məlumatı mətbuata sızdıraraq bu barədə danışıqların getdiyini açıqlaya bilər.

Bunlar mənim düşüncələrimdir, lakin, bəlkə də, bunun altında başqa şərtlər də ola bilər. Ötən ay Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəldi və ola bilsin ki, Azərbaycan və Rusiya liderləri arasındakı danışıqların nəticəsində Ermənistan tərəfi belə bir addım atmağa qərar verib. Lakin hər nə olursa-olsun, Naxçıvanın və Qazaxın işğal edilmiş kəndləri sahibinə – Azərbaycana geri qaytarılmalıdır, çünki bu, üçtərəfli müqavilədə öz yerini tapıb”.

Rafi Müslümov

COP29

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv