!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

67 il əvvəl müəmmalı şəkildə yoxa çıxan ailənin avtomobili çaydan çıxdı

!Reklam – Yazi

ABŞ-ın Oregon ştatında 67 il bundan əvvəl itkin düşən ailəyə aid yeni iz tapılıb.

Yenicag.az xəbər verir ki, 1958-ci ilin 7 dekabrında Milad üçün yaşıllıq toplamaq məqsədilə dağlara gedən beş nəfərlik Martin ailəsi sirli şəkildə yoxa çıxıb. Hadisə həmin dövrdə böyük əks-səda doğurub.

67 il sonra əldə edilən yeni bir ipucu bu müəmmalı hadisəsini yenidən gündəmə gətirib.

Rəsmilər, ailəyə məxsus olduğu düşünülən avtomobilin Kolumbiya çayında tapıldığını açıqlayıb.

Avtomobili yeddi il davam edən araşdırmalarından sonra dalğıc Archer Mayo aşkarlayıb. 15 metr dərinlikdə, başıaşağı vəziyyətdə aşkar olunan avtomobil, iki gün davam edən qazıntı işləri nəticəsində kran vasitəsilə sudan çıxarılıb. Lakin avtomobilin gövdəsi qoparaq yenidən çayda qalıb.

Hood River rayonun rəhbərinin müavini Pit Hyuz bildirib ki, avtomobilin şassisi məhkəmə-tibbi ekspertizaya göndəriləcək. Onun sözlərinə görə, sudan çıxarılan avtomobillə Martin ailəsinə aid maşına aid bütün əlamətlər-rəngi, markası və modeli çox uyğun gəlir.

Hadisənin baş verdiyi il Susan (11) və Virginia (13) adlı iki qız uşağının cəsədləri Kolumbiya çayında tapılsa da, lakin ata, ana və onların 14 yaşlı qızları Barbara barədə heç bir izə rast gəlinməyib.

Həmin dövrdə “Associated Press” polisin Martin ailəsinin avtomobilinin səhralıq bir kanyona və ya çaya düşmüş ola biləcəyi ehtimalı üzərində dayandığını yazıb./qaynarinfo

www.yenicag.az

61
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv