7 min manatlıq oğurluq edən yeniyetmələr saxlanıldı

media-hightechnic-468x90

Bakıda 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən yeniyetmələr tutulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda bir nəfərə məxsus 7000 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Yasamal rayonu ərazisində isə yaşayış binalarının liftlərindən ayrı-ayrı vaxtlarda oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Nəsirov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa